Fişer şahmatı üzrə “Cənub mirvarisi” blits turnirinin qalibləri müəyyənləşib | |
Təhsil “RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə iyunun 28-də Fişer şahmatı üzrə onlayn blits turniri keçirilib. Turnirdə Lənkəran şahmatçıları ilə yanaşı, Bakı, Sumqayıt, Gəncə, Samux və digər regionlardan şahmatçılar mübarizə aparıblar. “Cənub mirvarisi” open blits turnirinin qalibi 9 turdan 8 xal toplayan Lənkəran şahmat məktəbinin yetirməsi, hazırda isə Türkiyədə yaşayan Elnur Əliyev olub. İkinci və üçüncü yerləri 7 xalla Gülsənəm Ağayeva (Lənkəran) və Aytac Məmmədova (Samux) tutublar. Yarış “Chess.com” onlayn platforması vasitəsilə təşkil olunub. |
|
Xəbər 695 dəfə oxundu. |
|
|