Atlantada keçiriləcək tennis turnirinə azarkeşlər buraxılacaq | |
İyulun 3-dən 5-dək ABŞ-ın Atlanta şəhərində şou xarakterli tennis turniri təşkil ediləcək. Yarışda Frensis Tiafo, Teylor Frits, Reyli Opelka, Tommi Pol, Con İsner, Sem Kuerri, Tennis Sandqren və Stiv Conson iştirak edəcəklər. Xorvatiyada keçirilən “Adria Tour” yarışı kimi bu turniri də azarkeşlər tribunalarda izləyə biləcəklər. Amma biletlərin yalnız 30 faizi satılacaq. Ümumiyyətlə, hər oyunda 450 azarkeşin olacağı gözlənilir. Nəticələri proqnozlaşdırmaq isə çox çətindir. Çünki bundan əvvəl Novak Cokoviçin təşkil etdiyi turnirə azarkeşlər buraxılandan sonra virusun yeni dalğası yayılmağa başlayıb. Atlanta turnirinin aqibətinin də belə olmayacağına tam təminat vermək mümkün deyil. |
|
Xəbər 738 dəfə oxundu. |
|
|