“Sabah” klubu Saşa Stamenkoviçlə müqaviləni yeniləyib
Bakının “Sabah” futbol klubu qapıçı Saşa Stamenkoviçlə müqaviləni yeniləyib.

Təcrübəli qapıçı ilə cari mövsümün sonunda bitən müqavilənin müddəti bir illik uzadılıb.

2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan serbiyalı qolkiper, oyun sayına görə klubun rekordçusudur. Saşa “Sabah”da ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) meydana çıxıb.

Xəbər 672 dəfə oxundu.