Qılıncoynadanlarımız Dünya Kuboku yarışlarında iştirak ediblər
Çikaqoda qılıncoynatma üzrə Dünya Kuboku yarışları keçirilib.
Azərbaycanın Sevil və Sevinc Bünyadovalar, Aida Ələsgərova, Səbinə Mikinadan ibarət qadın yığması komanda turnirində ABŞ yığmasına 37:45 hesabı ilə məğlub olub, sonra Ukrayna komandasına 45:43 hesabı ilə qalib gəlib. Final oyununda Fransa yığmasına məğlub olan komandamız 6-cı yeri tutub.
Şəxsi turnirdə 30-cu yeri tutan Sevil Bünyadova fərqlənib. Səbinə Mikina 35-ci, Aida Ələsgərova 48-ci, Sevinc Bünyadova 76-cı yerlərə sahib olublar.

Xəbər 1935 dəfə oxundu.