Avro-2012: Ronaldunun saçları gözəllərin arasını vurub
Portuqaliyalı ulduz Kriştianu Ronaldunun saçları dünyanın ən gözəl iki qadınını bir-birinə qarşı qoyub. İdman.com.az saytının məlumatına görə, Avro-2012-nin 1/4 final qarşılaşmasında çexləri üstələyən Portuqaliyanın yeganə qolunun müəllifi barədə Twitterdə yazan model Bar Refaeli «Ronaldunu izlərkən ağlıma gələn tək şey saç jelesinin qadağan edilməsinin lazım olduğudur!» sözlərini istifadə edib. Gözəl modelə cavab isə çox gecikmədən Ronaldunun sevgilisi İrina Şeyxdən gəlib.

Rus maneken yenə Twitterdə Bar Refaeliyə veridiyi cavabda «Nifrət bəsləmək heç gözəl görünmür. Sevməyi öyrən» - deyərək hirsini töküb. Bu cavab bir çox Twitter istifadəçiləri tərəfindən paylaşılarkən iki modelin atışması bir anda gündəmi tutub.
Kristianu Ronaldunun oynadığı qarşılaşmaların fasiləsində də saç modelini dəyişdirməsi futbolsevərlərin də dilindən düşməyən bir mövzu idi.

Xəbər 994 dəfə oxundu.