Ukrayna da WSB liqasına qoşuldu
Argentinanın ardınca Ukrayna Boks Federasiyası da WSB liqasında təmsil olunması ilə bağlı AİBA ilə müqavilə bağlayıb. İdman.com.az saytının məlumatına görə, müqaviləyə AİBA prezidenti Çinq Kuo Vu və Ukrayna Boks Federasiyasının prezidenti Vladimir Prodivus imza atıb. Bununla bağlı Kiyevə gedən Beynəlxalq Federasiyanın rəhbəri Ukraynanın dünya boksunda önəmli yerlərdən birini tutduğunu deyib:

“Mən inanıram ki, 2013-cü ildə start götürəcək AİBA Peşəkar Boks Liqasında da Ukrayna layiqincə təmsil olunacaq. Ukrayna boksçuları Bakıda keçirilən dünya çempionatında 4 qızıl və 1 gümüş medal qazanaraq, bütün rəqiblərini qabaqladılar. Bu Ukraynanın böyük boks potensialına malik olmasında xəbər verir”.

Ukrayna Boks Federasiyasının prezidenti Vladimir Prodivus artıq yeni mövsümdən WSB liqasında təmsil olunacaqlarını deyib. Qeyd edək ki, son mövsümdə 17 ukraynalı boksçu mütləf klubların heyətində WSB liqasında mübarizə aparıb. AİBA prezidenti Argentinada iki klubun yaranacagını, bundan başqa Mərakeş və Polşa Boks Federasiyaları ilə də bu istiqamətdə danışıqlar apardıqlarını deyib.


Xəbər 1058 dəfə oxundu.