Fişer şahmatı üzrə “Cənub mirvarisi” adlı blits turnir keçiriləcək
İyunun 28-də Təhsil “RİM” Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə Fişer şahmatı üzrə blits turniri keçiriləcək.

“Cənub mirvarisi” open blits turniri “Chess.com” onlayn platforması vasitəsilə təşkil olunacaq.

Qeyd edək ki, Fişer şahmatı üzrə turnir Azərbaycanda ilk dəfə baş tutacaq. Doqquz turdan ibarət olacaq yarış 3+2 vaxt formatı ilə keçiriləcək.

Xəbər 557 dəfə oxundu.