Avro-2012: Löv casusu axtarır
Almaniya millisinin baş məşqçisi Yoahim Löv Yunanıstanla matçda meydana çıxan heyət barədə əvvəlcədən kənara məlumat sızdıran adamı axtarır. Alman mediasında yayılan xəbərlərdə müxtəlif KİV-lərin həmin matçdan əvvəl Lövün Qomesin yerinə Klozeyə, Podolskinin yerinə Şürleyə və Müllerin yerinə Roysa ilk on birlikdə yer verəcəyi diqqət çəkib.
Bu hal heç də baş məşqçinin xoşuna gəlməyib yığma sükançısı məlumatı sızdıran 'casusu' axtarmağa tapşırıq verib.

İdman.com.az saytı xəbər verir ki, bu barədə oyundan sonrakı mətbuat konfransında Şürle də danışıb. O, komandadan kimsənin bu məlumatı kənara daşımadığını və heyətdə bir casusun olacağını da düşünə bilmədiyini söyləyib. Baş məşqçi özü də ilk onbirliyin matç günü günorta yeməyindən əvvəl təşkil edilən komanda yığıncağında açıqlandığını və onun məlumatın sızdırılmasında qətiliklə oyunçuların əli olmadığını deyib.

Xəbər 890 dəfə oxundu.