Ronaldo futbol tarixində ən yaxşı hesab etdiyi dörd oyunçunun adını açıqlayıb
“Real”ın və Braziliya millisinin sabiq hücumçusu Ronaldo futbol tarixində ən yaxşı hesab etdiyi dörd oyunçunun adını açıqlayıb.

O, Pele, Maradona, Lionel Messi və Kriştiano Ronaldonu tarixin 4 ən yaxşı futbolçusu adlandırıb.

Ronaldo daha əvvəl “Barselona”nın hücumçusu Lionel Messinin, “Liverpul”un hücumçusu Məhəmməd Salahın, “Real”ın yarımmüdafiəçisi Eden Azarın, PSJ-nin futbolçuları Neymar və Kilian Mbappenin oyunlarını izlədiyini söyləyib. O, bu siyahıya “Yuventus”un və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun adını daxil etməyib.


Xəbər 528 dəfə oxundu.