Çili yığmasının üzvü rəsmən "Neftçi"də!
Hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən "Neftçi" komandası daha bir futbolçunu heyətinə qatıb. İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar"ın düşərgəsinə gələn Çili yığma komandasının hücumçusu Nikolas Kanales, səhər saatlarında tibbi müayinədən uğurla keçdikdən sonra, klub futbolçu ilə rəsmi müqavilə bağlayıb. İmzalama mərasimində cənubi amurikalı futbolçu bunları deyib:

"Neftçi" kimi iddialı kluba gəldiyim üçün çox şadam. Komandanın Çempionlar Liqasında oynaması mənim qərar verməyimə təsirini göstərdi.Çünki istər Çili, istərsə də digər xarici çempionatlarda çıxış edən komandalardan təkliflərim çox idi. Bura gəldiyim andan özümə qarşı xoş münasibəti, komanda daxilində olan səmimiliyi görəndən sonra düzgün qərar verdiyim bir daha təsdiqini tapdı və öz istəyimlə 11 nömrəli futbolkanı mənə təqdim etdilər.

"Neftçi"nin heyətində ilk rəsmi oyunumu Bakıda, Çempionlar Liqası turnirində "Zestafoni" klubuna qarşı keçirəcəyəm. Neftçi" azarkeşləri əmin olsunlar ki, elə həmin matçda vuracağım qollarla onları sevindirəcəyəm".

Xəbər 1129 dəfə oxundu.