“Masters” seriyalı tennis turniri Nyu-Yorkda keçiriləcək | |
Sinsinnatidə nəzərdə tutulan “Masters” seriyalı tennis turniri Nyu-Yorkda keçiriləcək. Bu barədə turnirin təşkilatçıları məlumat verib. Turnir “US Open”dən dərhal sonra təşkil olunacaq. Daha doğrusu təşkilatçılar tennisçiləri ABŞ-ın bir tərəfindən digərinə üzücü yol keçməməsi üçün belə bir addım atmağa məcbur olublar. İndiki vəziyyətdə ölkədə koronavirus sürətlə yayıldığından tennisçilər arasında yoluxma riskinin qarşısını almaq üçün hər iki turniri eyni şəhərdə keçirmək məqsədəuyğun sayılıb. |
|
Xəbər 552 dəfə oxundu. |
|
|