İbrahimoviç özünə ada alıb
İsveç yığmasının bosniyalı forvardı Zlatan İbrahimoviç adətən futboldan dincələndə doğma şəhəri Malmödəki malikanəsinə gəlib istirahət edir. Böyük ov həvəskarı olan Zlatan budəfəki istirahətini şəxsi adasında etmək qərarına gəlib.

Bunun üçünsə o, ilk növbədə belə bir ada almalı olub.
Avro-2012-də komandasının qrup mərhələsini adlaya bilməməsindən heç də məyus olmayan futbolçu İsveçdə paytaxt Stokholmun yaxınlığındakı Melaren gölündə bir ada alıb.

İdman.com.az saytının məlumatına görə, həmin adanın ərazisi 500 hektardır. Sevimli məşğuliyyəti maral və çöl donuzu ovu olan İbrahimoviç indi Melarendəki adada öz ovunu edə bilər.


Xəbər 1178 dəfə oxundu.