Qədim Kiyevdə Avro-2012
Avro-2012 dövründə Ukrayna paytaxtındakı «Kiyevskaya Rus» parkına gələnlər futbol oyunlarını unudulmaz orta əsrlər atmosferində izləyə bilirlər. 10 hektarlıq ərazidə V-XIII əsrlər şəhərini birə-bir ölçüdə bərpa ediblər. Bütün memarlıq ansamblı maksimal tarixi dəqiqliklə verilib.

İdman.com.az saytının məlumatına görə, bu parka istirahətə gələnlər üçün qitə çempionatı dövründə xüsusi futbol atmosferi yaradıblar. Bu muzey kompleksində «Futbol qədim Kiyevin qonağıdır» festivalı keçirilir. Burada futbollla bağlı tədbirlər təşkil edilir. Parka təşrif buyuranların əsas əyləncəsi qədim Kiyev sakinləri ilə futbol oynamaqdır.

İnsanlar əl-ələ tutub nəhəng topları rəqib qapısına keçirməyə çalışırlar. Bir qismi qədimi görünüşlü topu qovurlar. Həmçinin sakinlər qitə çempionatının oyunlarını nəhəng ekranlardan izləyə bilirlər.

Xəbər 960 dəfə oxundu.