Gəncədə yeni olimpiya idman kompleksi inşa ediləcək və şəhər stadionu yenidən qurulacaq
Gələn il Gəncədə yeni olimpiya idman kompleksinin inşası və şəhər stadionunun yenidən qurulması nəzərdə tutulub.
Bu barədə AzərTAc-a məlumat verən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mikayıl Zeynalov bildirib ki, hazırda bu istiqamətdə müzakirələr aparılır. Respublikamızda inşa edilən ilk olimpiya idman kompleksi olduğundan hazırda onun bir çox tələblərə cavab vermədiyini diqqətə çatdıran şəhər gənclər və idman baş idarəsinin rəisi əlavə edib ki, yeni kompleksin 400 hektara yaxın ərazisi olan Heydər Əliyev parkının yaxınlığında inşa edilməsi nəzərdə tutulub.

Xəbər 1637 dəfə oxundu.