Leonid Buryak Azərbaycan niyə “yox” deyib?
“Yəqin ki, işləmək üçün hara isə getmək lazımdır. Azərbaycana da çağırılar, başqa harasa da”. İdman.com.az saytının məlumatına görə, bu sözü Ukrayna futbolunun tanınmış siması Leonid Buryak deyib.

Sabiq futbolçu və məşqçi Azərbaycandan təklif aldığını, bundan imtina etməsinin səbəbini açıqlayıb: “Amma uzağa getmək istəmirəm. Ardıcıl 21 il qatarlar, təyyarələr, uçuşlar, yollarda olmuşam. Yaş da artıq 20 deyil ki. Artıq ailəyə də borcum var. Yoldaşım uşaqları tək böyüdüb. Bir sözlə, düşünməyə nə isə var”.

Xəbər 1067 dəfə oxundu.