Konqo millisinin üzvü “İnter”də
Transfer çalışmalarını davam etdirən “İnter” daha bir futbolçu ilə müqaviləni rəsmiləşdirib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankçılar” Konqo millisinin üzvü Brüs Abdulaye ilə razılığa gəliblər.

31 yaşlı müdafiəçinin son klubu Fransanın “Mets” klubu olub. Karyerası ərzində Brüs, həmçinin “Qrenobl”, “Senart-Moissi” və “Klermon” (hamısı Fransa) və “Lozanna”nın (İsveçrə) formasını geyinib. Qeyd edək ki, konqolu futbolçu 1 illik müqaviləyə imza atıb.

Xəbər 1064 dəfə oxundu.