“Bayer” futbolçusunu “Real”a 80 milyon avroya satmaqdan imtina edib
“Bayer” futbolçusu Kay Havertzi “Real”a 80 milyon avroya satmaqdan imtina edib.

Madrid klubu alman futbolçunun növbəti mövsüm Leverkuzen təmsilçisində icarədə qalması şərti ilə onun üçün 80 milyon avro təklif edib. Klub isə futbolçusunun satışından 100 milyon avro qazanmaq istəyir. K.Havetz ilə “Mançester Yunayted”in də maraqlandığı bildirilib.

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi bu mövsüm 37 matçda 15 qol vurub.

Xəbər 515 dəfə oxundu.