Burak Yılmaz razılaşıb, komandası yox
«Trabzonspor» formasında keçən mövsüm vurduğu 32 qolla Avropadakı bir çox komandaları arxasına salan Burak Yılmaz İtaliya paytaxtının «Latsio» klubu ilə razılaşma əldə edib. İdman.com.az saytının məlumatına görə, Burakın meneceri Əli Egesel iki dəfə İtaliyaya yol alaraq «Latsio» rəsmiləri ilə danışıq masasına əyləşib.

Romalılardan illik 2,2 milyon avroluq təklif alan Burak Yılmaz 2,5 milyondan aşağı enməyib. İtaliyadakı ilk görüşmədə 300 min avroluq fərq səbəbiylə razılaşmaya gəlməmişdi. Ancaq ikinci dəfə Əli Egesəli Romaya dəvət edən «Latsio» rəhbərliyi 2,5 milyon avroluq təklifi qəbul edərək, 4 illik razılaşma əldə ediblər.

Ancaq iki klubun – «Trabzonspor» və «Latsio»nun razılığa gəlməsi hələ ki, dolaşıqdadır. İtaliyalılar Burak Yılmazın alınması üçün əvvəlki müqaviləsində göstərilən 5 milyon avronu ödəməyə hazırdılar. Lakin onlar bunu birbaşa nağd ödəməklə deyil, hissə-hissə etməyi istəyirlər. Bu isə «Trabzonspor» rəhbərliyini razı salmır.

Xəbər 922 dəfə oxundu.