«Bursaspor» UEFA-nın qara siyahısına düşdü
UEFA yeni mövsümdə Avropa Liqasına qatılacaq komandaların adlarını açıqlayıb. İdman.com.az saytının məlumatına görə, siyahıda türk klublarından UEFA-nın verdiyi cəzası İdman Arbitraj Məhkəməsi tərəfindən qaldırılan «Bursaspor»un, eləcə də «Trabzonspor» və «Əskişəhərspor»un da adları var.

Ancaq maddi probleməri ilə əlaqədar Avropa kuboklarından məhrum edilən «Beşikdaş»ın adı siyahıda yoxdur. Ancaq «ağ-qaralar» hələ də ümidlərini itirməyib. İdman Arbitraj Məhkəməsinə göndərilən müraciət müsbət nəticə verərsə, «Beşiktaş» da «Bursaspor» kimi yarışa icazə ala bilər.

UEFA-nın Çempionlar Liqasına aid siyahısında isə «Qalatasaray» və «Fənərbağça»nın adları var.

Xəbər 1119 dəfə oxundu.