Avro-2012: Kollina hakimlərdən razıdır
UEFA-nın hakimlər komitəsinin rəhbəri Pyerluici Kollina Avro-2012-nin hakimlərinin qrup mərhələsindəki işi barədə yekun rəyini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, onların yarışa hazırlığa iki il öncə başladıqlarını deyən Kollina oyunçu və məşqçilərin indi hakimləri daha yaxşı baha düşdüklərini söyləyib.

Yan hakimlərin işindən danışan Kollina hücumçuların ofsayd həddinin bir metrliyi daxilində olması zamanı verilən 302 qərardan 13-nün yanlış olduğunu deyib. Bu 95,7 faizlik nəticəni yüksək dəyərləndirən italiyalı «hücumçularda bu faizlə dəqiq zərbəsi, yarımmüdafiəçilərin isə ötürməsi olsaydı hər kəs heyran qalardı» deyib.

Oyunlarda 4-cü hakimlər 16 dəfə oyunun gedişinə müdaxilə ediblər ki, bu sırada qollarla bağlı 3 qərardan biri yanlış olub. Bu da ingilislərin qapısına vurulan qolun hesaba alınmaması faktıdı. Kolina buna münasibətdə hər kəsin səhv edə biləcəyini söyləyib.

Xorvatların irlandların qapısına vurduqları ikinci qolla bağlı Kollina deyib: «Mancukiç düzgün vəziyyətdə idi. Orada top futbolçuya toxunmuşu, sonra isə irland müdafiəçi topu uğursuz çıxartdı və o, xorvata düşdü. Qol bütün qaydalara uyğun olaraq düzgün qeydə alınıb».

Xəbər 1113 dəfə oxundu.