Dmitri Kramarenko daha 1 il "Simurq"da
"Simurq" daha bir futbolçu ilə birillik razılığa gəlib. İdman.com.az saytının məlumatına görə, Zaqatala təmsilçisi ötən mövsüm qış "transfer pəncərəsi"ndə "İnter"dən icarə əsasında heyətinə qatdığı təcrübəli qapıçı Dmitri Kramarenko ilə rəsmi müqavilə imzalayıb.

2011/2012-ci il mövsümündə 14 qarşılaşmada "Simurq"un şərəfini qoruyan qolkiper növbəti futbol ilində də komandanın formasını geyinəcək.

Qeyd edək ki, Zaqatala təmsilçisi bu gün səhər saatlarında Türkiyəyə təlim-məşq toplanışına yollanır. Komanda iyulun 6-na qədər Qartəpədə hazırlıq prosesi keçəcək.

Xəbər 1008 dəfə oxundu.