Millimizin futbolçusu “Əskişəhərspor”da
Azərbaycan milli komandasının futbolçusu Ufuq Budaqın karyerasını davam etdirəcəyi klub müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, milliləşən legionerimiz karyerasını Türkiyənin Superliqasında davam etdirəcək.

Türk əsilli almaniyalı futbolçu “Əskişəhərspor” klubuna keçib. 22 yaşlı yarımmüdafiəçi “qara-qırmızlarla” 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Budaq bunadək Almaniyanın “Frayburq” klubunun 2-ci komandasında oynayırdı.

Xəbər 918 dəfə oxundu.