"Bakı" Xorvatiya klubu ilə heç-heçə edib
Sloveniyada təlim-məşq toplnatısında olan "Bakı" yoxlama oyununa çıxıb. İdman.com.az saytının xəbərinə görə, “ağ-göylər”in rəqibi Xorvatiya yüksək liqa təmsilçisi "Osiek" olub.

Matçda hesab 56-cı dəqiqədə açılıb. “Bakı” Nurlan Novruzovun qolu ilə rəqibini cəzalandırıb. Amma bakılılar qələbə hesabını saxlaya bilməyiblər. Matçın son dəqiqələrində “Osiek” künc zərbəsindən sonra bərabərlik topunu vurub - 1:1.

Xəbər 852 dəfə oxundu.