Qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb | |
Noyabrda Kazanda keçirilməsi nəzərdə tutulan qısa hovuzda üzgüçülük üzrə Avropa çempionatı təxirə salınıb. Bu barədə Avropa Üzgüçülük Liqası (LEN) məlumat yayıb. Məlumatda qitə birinciliyinin gələn il noyabrın 2-7-də keçiriləcəyi qeyd olunub. Bir neçə gün əvvəl dekabrda keçirilməsi planlaşdırılan qısa hovuzda üzgüçülük üzrə dünya çempionatı da koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınmışdı. Beynəlxalq Üzgüçülük Federasiyasının qərarına əsasən, dünya çempionatı gələn il dekabrın 13-dən 18-dək Abu-Dabidə keçiriləcək. |
|
Xəbər 636 dəfə oxundu. |
|
|