“Sərhədçi kuboku”nda polşalı çapar qalib gəlib
Bu gün Binə Atçılıq Mərkəzində CSİ-1* kateqoriyalı “Sərhədçi kuboku” uğrunda beynəlxaq turnir start götürüb. İdman.com.az saytının məlumatına görə, gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın ilk günü polşalı idmançı Aleksandra Lusinanın qələbəsi ilə başa çatıb. O, “Kalinka MNM” ləqəbli atla bütün rəqiblərini qabaqlayıb. Azərbaycanlı çapar Elmar Abdullayev “Platin E” ləqəbli atla ikinci olub. Digər həmyerlimiz Seyid Musayev isə “Nabab De Belou” ləqəbli atla üçüncü pilləni tutub. Ələkbər Məmmədov “Grog” ləqəbli atla 4-cü, Kənan Npvruzov isə "Bill Clinton” ləqəbli atla 5-ci olub.

Qeyd edək ki, atçılığın konkur növü üzrə keçiriləcək yarışda Azərbaycan idmançılarıyla yanaşı Polşa, Türkiyə və Almaniya təmsilçiləri də iştrak edirlər. Beynəlxq turniri Bolqarıstan İran və Türkiyədən dəvət olunan hakimlər idarə edir. Sabah saat 11-də yarışın ikinci gününə start veriləcək. Yarışın üçüncü günü isə turnir saat 14-də başlayacaq. Buna qədər isə atçılıq idmanı həvəskarları növbəti cıdır yarışlarını da izləyə biləcəklər. Belə ki, iyunun 24-ü saat 11-də növbəti ötüşmələrə start veriləcək. Nəzərinizə çatdıraq ki, “Sərhədçi Kuboku” uğrunda beynəlxaq turnirinin ümumi mükafat fondu 9500 avrodur.

Xəbər 1402 dəfə oxundu.