Azad Rəhimov: «Daha 2 lisenziya qazana bilərik»
«Ramil Quliyev atletika üzrə Azərbaycan millisinin üzvüdür». İdman.com.az saytının məlumatına görə, bu sözü Respublika İdman Tibb Mərkəzinin təməlqoyma mərasimindən sonra jurnalistlərlə söhbətdə gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir qeyd edib ki, həmyerlimiz həm də Türkiyə vətəndaşıdır: «Bakıda görüşümüz zamanı o, London Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcəyini bildirmişdi. Biz idmançımızın qərarını gözləyirik.

Azad Rəhimov olimpiya millimizdə qazanılan vəsiqələrin davamiyyətinə də toxunub. Cənab nazir vurğulayıb ki, hazırda 53 lisenziya qazanılıb. Bu da ötən Pekin oyunları ilə nisbətdə xeyli çoxdur. Üstəlik, say daha arta bilər: «Azərbaycan idmançılarının London olimpiadasına 2 lisenziya da əldə etmək imkanı var. Bunlar kamandan oxatma və atletika idman növləri üzrədir».

Xəbər 1214 dəfə oxundu.