İyula planlaşdırılan tennis turnirləri ləğv olunub
İyula planlaşdırılan tennis turnirləri keçirilməyəcək. Belə ki, hələ pandemiyadan əvvəl bu ayda Bostad, Lozanna, Buxarest və Yurmalada ATP-nin (Peşəkar Tennisçilər Assosiasiyası), Hamburq, Nyu-Port, Los Kabose, Qştad, Umaq, Atlanta və Kitsbyueldə isə WTA (Qadın Tennisi Assosiasiyası) turnirlərinin təşkili nəzərdə tutulurdu.

Kişi tennisçilər arasında keçiriləcək Karlsrue və Palermo yarışları hələlik ləğv edilməyib. ATP onlara dair yekun qərarını gələn ay bildirəcək. Bu iki turnirin başqa vaxta təxirə salınacağı istisna olunmur. İyun ayında, həmçinin avqusta planlaşdırılan turnirlərin taleyinə aydınlıq gələcək.

Xəbər 574 dəfə oxundu.