Fatimə Baqomedovadan «gümüş»
Xorvatiyanın paytaxtı Zaqrebdə gənc güləşçilər arasında Avropa çempionatı davam edir. İdman.com.az saytının məlumatına görə, iyunun 21-də sərbəst güləş üzrə gənc qızlar arasında 44, 51, 59 və 67 kq çəki dərəcələrində görüşlər keçirilib.

51 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Fatimə Baqomedova finala qədər maneəsiz irəliləyib. İdmançımız ardıcıl olaraq macar, bolqar və rumın güləşçilər üzərində inamlı qələbə qazanıb. Finalda Almaniya güləşçisi Nina Hemmerlə gərgin keçən görüşdə uduzan Fatimə, qitə çempionatının gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, bu gün isə Avropa çempionatında gənc qızların mübarizəsində 48, 55, 63 və 72 kq çəki dərəcələrində görüşlər keçiriləcək.


Xəbər 1089 dəfə oxundu.