Həmid Altuntopa Çindən təklif var
«Qalatasaray»ın transfer siyahısında üst sıralarda yer alan Həmid Altuntopa Çin liqasından da bəzi təkliflər var. İspan mətbuatı bu xəbəri yaymaqla yanaşı, futbolçunun hələ yüksək səviyyədə futbol oynamaq istədiyini vurğulayaraq, türk klubuna keçidinə yaxın olduğunu iddia edir.

Pireneylilər uzun müddətdi «Qalatasaray»ın gündəmində olan Hamit Altıntopun transferində yeni inkişaflar yaşandığını, meneceri Rıza Fazeli ilə birlikdə Santyaqo Bernabeuda baş məşqçi Joze Maurinyo ilə bir araya gələrək transferi haqqındakı təfərrüatları müzakirə etdiyini yazırlar.

İdman.com.az saytının məlumatına görə, 2 saat yarımlıq görüşdə Maurinyodan müsbət cavab alındığı iddia edilib.
Xəbərdə futbolçunun son qərarını vermək üçün tətil dövrünün bitməsini gözləyəcəyi qeyd olunur. Eyni zamanda Hamitin illik 3,5 milyon avuroluq istəyinə «Qalatasaray»ın 3 milyonluq bir təkliflə cavab verdiyi bildirilir.


Xəbər 1030 dəfə oxundu.