Futzalçılarımız rəqibi sentyabrda bilinəcək
Futzal üzrə Avro-2014-ün təsnifat və seçmə mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, final mərhələsi Belçikada keçiriləcək sayca 8-ci
Avropa çempionatının ilk püşkü bu il sentyabrın 4-də atılacaq.

Yarışa vəsiqə uğrunda mübarizə aparacaq Azərbaycan milli komandasının rəqibləri də həmin tədbirdə müəyyənləşəcək. Püşkatma mərasimi Belçikanın Antverpen şəhərində keçiriləcək.

Xəbər 1025 dəfə oxundu.