Millətlər Kubokunun superfinalında Çin komandası ABŞ yığması ilə qarşılaşacaq | |
Mayın 10-da şahmat üzrə Millətlər Kubokunun superfinal mərhələsi keçiriləcək. Turnirin qrup mərhələsini 17 xalla lider kimi başa vuran Çin komandası həlledici mərhələdə ABŞ yığması ilə mübarizə aparacaq. Qeyd edək ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun mübarizə apardığı dünya yığması turniri 4 xalla sonuncu yerdə başa vurub. Millətlər Kubokunun qrup mərhələsində ABŞ və Avropa yığmaları hərəyə 13, Rusiya millisi 8 xal qazanıb. Xatırladaq ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır. |
|
Xəbər 590 dəfə oxundu. |
|
|