İndyCarda yeni mövsümə iyunun 6-da start veriləcək
Şimali Amerika yürüş seriyası – İndyCarda yeni mövsümə iyunun 6-da start veriləcək.

Yarışın birinci mərhələsi Texas ştatındakı Fort-Uerti trasında təşkil olunacaq. Azarkeşsiz keçiriləcək yarışda bir gün ərzində məşq, təsnifat və final yürüşləri baş tutacaq. Yürüş 200 döngədən ibarət olacaq.

Cari mövsüm IndyCar çempionatında 14 mərhələnin təşkili nəzərdə tutulub. 2020-ci il mövsümünə oktyabrın 3-də İndianapolis trasında yekun vurulacaq.

Xəbər 648 dəfə oxundu.