Avro-2012: Polşanın Larisa Rikelmesi – Nataliya Sivets
Avro-2012-nin əsas atributlarından birinə onun azarkeşləri, daha doğrusu zərif cinsdən olan əsrarəngiz gözəl azarkeşləridir. Və bu tərəf tribunaların tam əks münasibət doğuran digər atribut – xuliqanların əməllərini də kölgədə qoyub.

Yarışın 16 iştirakçısının istənilənin tribunalardakı fanat ordusuna nəzər saldıqda, hər bir ölkənin özünün diqqəti çəkən gözəl xanım azarkeşlərini görmək olar. Onların bir qədər yay mövsümü geyimləri ilə ortaya qoyduqları görüntülər cazibəni daha da artırır. Hərdən bəzilərinə yay mövsümü geyimləri belə çox görünür və ulu nənələri Həvvanın da əynini yada salırlar. Necə ki, xorvatiyalı fanatlar.

Ancaq bütün bu gözəllərin arasında bir polşalı fanat hər kəsi öz gözəlliyi və cazibədarlığı ilə kölgədə qoyaraq, heç şübhəsiz «Miss Avro-2012» adına rəqibsiz namizəd səviyyəsində özünü büruzə verə bilib. Bu, polşalı model Nataliya Sivetsdir. 29 yaşlı Nataliyanın bədən ölçüləri də diqqətçəkəndi – 87-50-89. Ümumiyyətlə, ehtiraslı görünüşə malik model eyni ehtirasla komandasını da dəstəkləyir. Bütün bunlarla o, azarkeşlərin diqqətini heç də polşalı futbol ulduzlarından az cəlb etmir. Artıq Nataliyaya yeni bir ad da veriblər – Polşanın Larisa Rikelmesi. Yəqin ki, adı çəkilən cənubi amerikalı modelin dünyanın ən məşhur qadın futbol azarkeşi olduğunu xatırlatmağa ehtiyac yoxdur.

Avro-2012-nin digər ev sahibi Ukraynanın da gözəl xanım azarkeşləri olsa da, onlar daha çox antiazarkeşləri – FEMEN hərəkatının çılpaq nümayəndələri ilə dəqqitə çəkirlər.

İdman.com.az saytının məlumağına görə, öz komandalarına ən fəal dəstək verən xanım azarkeşlər arasında niderlandlılar seçilirlər. Ancaq digər fəallar – alman qızlar, nəticələrdən görünür, komandalarını daha yaxşı ruhlandıra bilirlər. Bu işə 26 yaşlı fotomodel Cordan Karver də qoşulub. Bir məsələ də var ki, gözəl və cazibədar xanım azarkeşlər tək öz futbolçularını ruhlandırmırlar.
Xanım azarkeşlər sırasında temperamentli ispan və italyan gözəlləri də xatırlamamaq olmaz.

Xəbər 1726 dəfə oxundu.