Kolo Ture evləndi
«Mançester Siti»də yeni mövsümün siftəsini toyla etdi. Klubun futbolçularının bir çoxu Polşa vəç Ukraynada İngiltərə, Fransa, İspaniya, Niderland yığmalarının tərkibində top qovduqları bir zamanda onların kotdivuarlı komanda yoldaşı Kolo Ture şəxsi mənada vaxtını səmərəli keçirir.

İdman.com.az saytı xəbər verir ki, 31 yaşlı müdafiəçi tətili evində keçirib. Yoldaşları ilə balıq tutmağa gedibÖ sonra da Avropa çempionatının bir neçə oyununa baxdıqdan sonra Kolo darıxdı və yeni nəsə fikirləşmək qərarına gəldi. Axı futbolçularda tətil elə də tez-tez rast gəlinən hal deyil. Bir qədər düşündükdən sonra o, diqqəti rəfiqəsi Şimen Akassuya yönəldib. Həmin xanım ona artıx iki övlad bəxş edib.

Anicə Turenin beynindən belə bir fikir keçdi: «Bəlkə mən evlənim?»
Zərgərin və dərzinin yanına gedib sonra da rəfiqəsinin yanına gəldi və ona imtinası mümkün olmayan bir təklif edib. Toyu necə lazımdı etdilər – ölkənin paytaxtı Abicanda 5-ulduzlu oteldə. Kolonun qardaşı Yaya ilə birgə çıxış etdiyi yığmadakı yoldaşlarının demək olar ki, hamısı toya təşrif buyurmuşdu. Onlardan əlavə qonaqlar sırasında siyasətçilər və şou-biznes ulduzları da var idi.

Xəbər 1321 dəfə oxundu.