Lionel Messi oğul gözləyir
«Barselona»nın və Argentina yığmasının ulduz forvardı Lionel Messi sevgilsi Antonella Rokussonun hamiləliyi söz-söhbətini təsdiqləyib: «Düşünürəm bizim oğlumuz olacaq. Biz əlavə heç nə danışmaq istəmirik. Öz şəxsi həyatımızın geniş müzakirə olunmasını istəmirik. Ancaq öizdən bunu daima soruşurlar və biz öz sevincimizlə bölüşmək istədik».

İdman.com.az saytı xəbər verir ki, Messi sevgilisinin hamilə olması ilə bağlı söz-söhbətlərin yaranmasında özü səbəbkardır. Bu söhbətlər iyunun əvvəlindən yayılmağa başlayıb. O zaman argentinalı Ekvador yığması ilə oyunda qol vurduqdan sonra topu köynəyinin altına salmışdı. Diqqətli mətbuat da dərhal bu hərəkətin nəyə işarə olduğunu anlamışdı.

Xəbər 1364 dəfə oxundu.