Runi «50 sent»lə milyard qazanacaq
Musiqi aləminin məşhurlarından olan «50 sent» «Mançester Yunayted»in ulduzu Ueyn Runi ilə şərikli biznes qurmaq istəyir. Rep musiqiçisi və aktyor hesab edir ki, onlar birgə restoranlar şəbəkəsi və şəxsi geim xətti açsalar, bir milyard funt sterlinq qazana bilərlər. Repçi «Daily Star»a bunları deyib: «Mən Ueyn Runinin böyük pəərstişkarıyam. Onun özü isə brendi. Mən onun biznes tərəf müqabili olmaq istəyirəm. Avropa futbolu byöük biznesdir və böyük oyunçularla byöük pullar qazanmaq olar».

Sonra o, futbolçunu şəxsi keyfiyyətlərindən də danışıb: «Mən Ueynlə tanışam. O, gözəl insandır. Dünyanın ən yaxşı futbolçularından biridi. Onun karyerası hələ neçə illər davam edəcək».

36 yaşlı ifaçı hesab edir ki, onlar birlikdə gecə həyatı ətrafındakı biznesdə çox pullar qazana bilərlər: «İmkanlar genişdi: Avropada restoranlar, geyim dükanları, gecə klubları. Milyonlar qazanmaq yaxşıdır. Lakin milyard qazanmaq daha əladı. Ueyn də bunu bilir».

İdman.com.az saytı xəbər verir ki, reper həmçinin Ueyni xanımı Kolin və oğlu Kayla birgə Floridadakı evinə qonaq çağırıb: «Avro-2012-dən sonra mən Ueyni və ailəsini Mayamiyə qonaq çağırmışam. Burada onları heç kəs narahat edə bilməz. Mən və adamlarım bunun qayğısına qalacağıq».

Xəbər 2484 dəfə oxundu.