Andrey Şevçenko millidə karyerasını bitirib
Avro-2012-nin qrup mərhələsinin son oyunları 2 futbolçunun milli komanda karyerasında axırıncı olub. İdman.com.az saytının məlumatına görə, dünən İngiltərə yığmasına 0:1 hesabı ilə uduzan Ukrayna millisinin 2 üzvü karyerasını bitirib. Bunlar komandanın kapitanı 36 yaşlı Andrey Şevçenko və 32 yaşlı Andrey Voronindir.

Son qarşılaşmada start heyətindən kənar qalan hücumçular yığma karyeralarını bitirməyə qərar veriblər. Qeyd edək ki, sonradan meydana çıxan, zədə problemi olan Şevçenkodan fərqli Voronin İngiltərə ilə qarşılaşmanı ehtiyat oyunçular skamyasında izləyib.

Xəbər 1132 dəfə oxundu.