Şahmat üzrə onlayn superturnirdə bu gün altıncı turun növbəti qarşılaşmaları keçiriləcək
Aprelin 29-da şahmat üzrə onlayn superturnirdə altıncı turun növbəti iki görüşü keçiriləcək.

Turun son oyunlarında ABŞ şahmatçıları Hikaru Nakamura çinli Liren Dinq, Fabiano Karuana fransalı Maksim Vaşe-Laqrav ilə üz-üzə gələcəklər. H.Nakamura və L.Dinq qarşılaşmasında tərəflərdən biri əsas partiyalarda qalib gələrsə, hesabda M.Karlsendən önə keçərək liderliyi ələ alacaq.

Hazırda turnir cədvəlinə 13 xalla M.Karlsen başçılıq edir. H.Nakamura, L.Dinq 11, Fabiano Karuana (ABŞ) 10, Əlirza Firuzca (FIDE), Yan Nepomnyaşi (Rusiya) 6, M.Vaşe-Laqrav 5 (Fransa), Aniş Giri (Niderland) 4 xala malikdirlər.


Xəbər 689 dəfə oxundu.