«Qaziantəp»lilərə azadlıq | |
«Qaziantəpspor»la əlaqədar istintaq daxilində mühakimə olunan 15 nəfərin azad edilməsi ilə bağlı qərar verilib. İdman.com.az saytının məlumatına görə, azadlığa buraxılanlar arasında klub prezidenti İbrahim Qızılın da adı var. Qaziantəp 2-ci kriminal məhkəməsi son toplantısında bu qərarı rəsmiləşdirib. Qərarın qəbulu şəhərdə böyük coşğu ilə qarşılanıb. Azadlığa çıxanların yaxınları və klub tərəfdarları məhkəmədən gələn azadlıq qərarını zurna-barabanla, çalıb-oxumaqla qeyd ediblər. |
|
Xəbər 1027 dəfə oxundu. |
|
|