Superkubok Ərzurumda
Türk futbolunu sevənləri avqustun 11-də növbəti möhtəşəm bir duel gözləyir. Son ölkə çempionatının akkordlarını vurmuş «Qalatasaray» və «Fənərbağça» həmin tarixdə bir daha bir araya gələcəklər. İdman.com.az saytının məlumatına görə, «Qalatasaray» ölkə çempionu, «Fənərbağça» isə kubokun sahibi kimi ölkə Superkubokunun yeni sahibini müəyyən etmək üçün qarşılaşacaqlar.

Türkiyə Futbol Federasiyası oyunun həm tarixini, həm də yeni məkanını qətiləşdiriblər. Əvvəlki illərdə Almaniyada oynanan qarşılaşma bu dəfə Türkiyə sərhədləri içində reallaşdırılacaq. Şənbə gününə təsadüf edilən indiki görüş Ərzurumdakı «Yeni Ərzurum» stadionunda keçiriləcək.

Xəbər 1007 dəfə oxundu.