Mayda Millətlər kuboku keçiriləcək
FİDE və chess.com saytı 5-10 may tarixlərində şahmat üzrə onlayn Millətlər kubokunun keçiriləcəyini elan edib.

Azsport.az saytı xəbər verir ki, bu yarışda altı komanda iştirak edəcək: Rusiya, ABŞ, Avropa, Çin, Hindistan və dünyanın qalan hissəsinin yığması. Turnir 1970-ci ildəki keçirilmiş SSRİ və Dünya yığması arasındakı matçın 50 illiyi münasibətilə təşkil edilir. Ancaq yeni "əsrin matçı" daha qlobal olacaqdır, tamamilə onlayn, həm də gender baxımından fərqli. Belə ki, hər komandanın heyətində 3 kişi şahmatçı ilə yanaşı 1 qadın zəka sahibi də olacaq.

Hazırda şahmat yarışlarından kənarda olan Harri Kasparov və Vladimir Kramnik müvafiq olaraq Avropa və Hindistan komandalarının kapitanları olacaqlar. Hər ikisinin dünya çempionluğu matçlarında keçmiş rəqibi Vişvanatan Anand Hindistan komandasının ilk lövhəsində oynayacaq.

6 komandanın sürətli şahmat formatında yarışın mükafat fondu 180.000 ABŞ dollarıdır.

5-9 mayda 6 komanda dairəvi sistemlə mübarizə aparacaq. Daha sonra ilk iki komanda Millətlər kubokunun qalibini müəyyənləşdirmək üçün mayın 10-da superfinalda oynayacaq. Oyunlar 25 dəqiqə+10 saniyə vaxt nəzarəti ilə keçiriləcək.
Komandaların dəqiq tərkibi sabah elan olunacaq. İlkin siyahıya ən güclü qrossmeysterlərin üç nəslinin nümayəndələri daxildir: 50 yaşlı Vişvanatan Ananddan ən yeni şahmat fenomeni, 16 yaşlı iranlı Əlirza Firuzcaya kimi.

Onlayn turnirdə ədalətli oyuna zəmanət vermək üçün, oyun zamanı şahmatçıları FİDE-nin beynəlxalq hakimləri videokonfrans vasitəsilə müşahidə edəcəklər. İştirakçıların kompüterdən heç bir xarici yardım almamalarını təmin etmək üçün onların veb kameraları, kompüterlərinin ekranları və oynadıqları otaqları videonəzarət altında olacaq.

Xəbər 631 dəfə oxundu.