Ölkəmizdə futzal yarışlarının təxirəsalınma müddəti iki həftə uzadılıb
Azərbaycan Futzal Federasiyası yüksək, birinci və ikinci liqaların, eləcə də ölkə kubokunun oyunlarının təxirə salınması müddətini mayın 4-dək uzadıb.

Bu addım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin mayın 4-dək uzadılması səbəbindən atılıb.

Oyunların başlanma tarixi barədə federasiyanın saytında əlavə məlumat veriləcək.

Xəbər 614 dəfə oxundu.