Rus – polşalı davasında onlarla xəsarət alan var
Rusiya və Polşa arasında olan siyasi gərginlik bu iki ölkə yığmasının qarşılaşması günü onların fanatlarının mübarizəsinə də sirayət edib. Fanatların davası sifətlərlə qan, sınan fotokameralar, azarkeşləri soyutmağa gətirilən su maşınları ilə müşayiət olunub.

İdman.com.az saytının məlümatına görə, polis kütləvi həbslər həyata keçirib. Ümumilikdə, 200 nəfərə yaxın azarkeş saxlanıldı. Ondan yuxarı fanat, bir o qədər də polis xəsarət alıb. Xəsarət alan azarkeşlərin əksəriyyəti polyak idi, az hissəsi ruslar, hətta biri alman.

Saxlananlardan isə 25-i rusiyalı, 156-sı yerli fanat idi. Onların arasında hətta İspaniya və Macarıstan vətəndaşları da var idi. Saxlanılanlardan 33-nü sərxoş olmaları səbəbindən ayıltma məntəqələrinə aparıblar.

Xəbər 1025 dəfə oxundu.