Avro-2012: Məsud Özil və daha 39 yadelli
Avro-2012-nin 16 iştirakçı komandasında 368 futbolçunun adı var. İdman.com.az saytının məlumatına görə, onlardan neçəsinin yarışda meydana çıxacağını indidən demək mümkün deyil. Ancaq bu 368 futbolçunun neçəsinin kökünün təmsil etdikləri ölkədən kənara gedib çıxdığını deyə bilərik. 16 komandanın tərkibində 40 futbolçu xarici köklərə malikdir.

Qitə yarışından kənar qalan Türkiyə yığmasının fanatları yəqin ki, iqqəti daha çox Almaniya yığmasının formasını geyinən türk əsilli Məsud Özilin oyununu izləyirlər. Eyni yığmada Özildən başqa da türk futbolçu da var. Bu, İlkay Gündoğandır. Ancaq bununla Almaniya yığmasının əcnəbiləri bitmir. Yığmada daha 5 xarici köklü futbolçu var. Onlardan ikisi qitə yarışında vətənlərini görmək arzusundadı. Söhbət Miroslav Kloze və Lukas Podolskidən gedir. Hər iki futbolçu polşalıdır. Almaniya yığması qrup mərhələsinin oyunlarını Ukrayna arenalarında keçirdiklərindən, Kloze və Podolski vətənlərini yalnız pley-offlarda görə bilərlər. Almanların heyətində Avropa çempionatına qatılan futbolçulardan ikisi avropalı deyil. Jeromi Boatenq qanalı, Sami Xedira tunislidir. Heyətdə daha bir futbolçu ispan köklüdür. Bu, Mario Qomesdir.

Göründüyü kimi, almanların 23 oyunçusundan 7-si qeyri-almandı. Bununla belə, ənənə üzrə bütün qit əvə dünya çempionatlarında olduğu kimi, yenə də ən beynəlmiləl komanda Fransadır. Bu yığmanın 23 futbolçusundan 12-si franalı, 11-i qeyri-fransalıdı. Bu 11-likdən yalnız Loran Koşelnı Avropadandı. O polşalıdır. Heyətdə Konqo Demokratik Respublikasının iki təmsilçisi var – Hatəm Ben Arfa və Yan M`Villa. Əlcəzairin də iki nümayəndəsi – Kərim Benzema və Samir Nəsri var. Bundan əlavə, Adil Rapi mərakeşli, Allu Diarra malili, Blais Matuidi anqolalı, Qael Klişi martikinli, Patrik Evra seneqallı və Stiv Mandanda zairlidir.

Portuqaliyalı Nani və Rolando Yaşıl Burun adalarındandılar. Eyni yığmadan Pepe braziliyalıdı. İtaliya millisinin üzvü Rikardo Montolivo alman köklüdü. Bu Apennin ölkəsinin Afrika legionunu şıltaq ulduz, qanalı Mario Balotelli və nijeriyalı Anjelo Oqbonna təmsil edirlər. Tyaqo Motta isə braziliyalıdı.
İsveç yığmasının tək ulduzu Zlatan İbrahimoviç bosniyalıdı. Ancaq o, İsveçin tək əcnəbisi deyil. Komandada həmçinin iranlı Behrəng Səfəri, kosovalı Əmir Bayrami və finn Ola Toyvonen var.

Bir vaxtlar Surinam əsli ulduz futbolçularıyla qitə zirvəsinə yüksəlmiş Niderland yığmasının əcnəb legionunu bu dəfə mərakeşlilər İbrahim Afellay və Xalid Burahruz, eləcə də braziliyalı qitə yarışlarının tarixinə ən gənc oyunçu kimi keçən Antil adalarına kökü bağlı Yetro Villems təmsil edirlər.
Yunanıstandan Avraam Papadopulos fransız, Xose Holebas uruqvaylıdır. Polşa yığmasından isə Damyen Perkis və Lüdovik Obranyak fransızdılar.
Sadalananlardan əlavə Xorvatiya yığmasının üzvü Eduardo braziliyalı, İngiltərə millisində Danni Uelbek qanalı, Ukrayna yığmasından Marko Deviç serb, Çex Respublkasından Teodor Gebre Selassi efiopiyalıdılar.

Xəbər 1043 dəfə oxundu.