Viltor vidalaşdı
Tanınmış fransalı hücumçu Silvyen Viltor 38 yaşında butslarını divara asdı. İdman.com.az saytının məlumatına görə, o, böyük futbolda 8 komandanın formasında 19 ilini keçirib. Bu sırada «Renn», «Deportivo», «Bordo», «Arsenal», «Lion», «Marsel», «Mets» və «Nant» olub. Ancaq karyerasının çox hissəsini doğma «Renn» klubunda keçirib.

Şərəfini qoruduğu klubların sayı az olmasa da, həmvətəni Nikolya Anelkanın bu sahədə rekorduna çata bilməyib. Anelka 33 yaşına qədər 9 komandanın formasını geyməyə imkan tapıb.

Viltoru futbol həvəskarlarının yaddaşına ən çox həkk edən hadisə 2000-ci il Avropa çempionatının finalında İtaliya yığmasının qapısına vurduğu qol olub.


Xəbər 1302 dəfə oxundu.