F.Z.Həsənovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri 13 aprel 2020-ci il. |
|
Xəbər 833 dəfə oxundu. |
|
|