Şevçenkoya müqavilə təklifi
Andrey Şevçenko iki qolu ilə evdəki qitə çempionatda Ukrayna yığmasının İsveç millisi üzərində qələbəsini təmin etdikdən sonra klubu Kiyev «Dinamo»sundan təklif alıb. İdman.com.az saytının məlumatına görə, klubun baş məşqçisi Yuri Syomin «Dinamo»nun internet saytında açıqlama verib:

«Hər kəs Andreyi istəyir. Və təbii ki, biz də onun komandada qalmasını istəyirik. Bu vəziyyətdə Andrey qərarını özü verməlidi. Hər şey onun ağzından çıxacaq sözlərdən asılıdır».

35 yaşlı futbolçu vətəninə geri dönməzdən öncə «A» Seriyada «Milan»ın, Premyer Liqada isə «Çelsi»nin formasını geyinmişdi. Onun «Dinamo» ilə müqaviləsi isə bu ay sona çatdı.


Xəbər 1018 dəfə oxundu.