Avro-2012: Çılpaq ukraynalılar stadiona keçə bilmədilər
Kiyev milisi Avro-2012-yə qarşı növbəti aksiya həyata keçirmək istəyən FEMEN hərəkatının təmsilçilərini saxlayıb. Ukraynalıların isveçlilərlə oyunu gecəsi çılpaqlanan iki qadın şüarlar səsləndirərək Ukraynada 2012-ci il Avropa çempionatının keçirilməsi ilə bağlı narazılıqlarını bildirib.

İdman.com.az saytı xəbər verir ki, hərəkatın fəalları «Olimpiyski» stadionuna keçmək istəyiblər. Lakin stadionun stüardları və hüquq-mühafizə orqanlarının nümayəndələri onların qarşısını kəsərək saxlayıblar. Qızları rayon milis idarəsinə çatdırıblar. Törədilən əməl protokollaşdırılandan sonra soyunan qızları sərbəst buraxıblar.

Xəbər 1002 dəfə oxundu.