Mərd Günox «Fənər»də qaldı
«Fənərbağça» gənc qapıçı Mərd Günoxla 3 illik yeni müqavilə imzalayıb. İdman.com.az saytı xəbər verir ki, onun klubla olan müqaviləsi 2014-2015 mövsümünün sonuna qədər, uzadıldı. Qapıçıya yeni müqaviləsinə görə 2012-2013-cü illər mövsümündə 1 milyon 250 min lirə, 2013-2014-cü illər mövsümündə 1 milyon 350 min lirə və 2014-2015-ci illər mövsümündə 1 milyon 450 min lirə ödəniləcək.

«Fənər»in digər işi futbolçusu Miroslav Stoxla müqaviləsini 2015-2016-ci illər mövsümünədək uzatmasıdı. Slovak ulduz türk klubunan qarşıdakı iki mövsümün hər birində illik 1 milyon 750 min avro, növbətidə 1 milyon 800 min, sonuncuda isə 1 milyon 900 min alacaq. Onun hər oyuna görə alacağı pul isə bu illər ərzində 15 mindən başlayıb 17 minədək artacaq.

Xəbər 1157 dəfə oxundu.