Julius Vobay: Mehribanlıq və səmimiyyət çox vacibdir
"Bura uyğunlaşmağım çətin olmadı. Qısa vaxt ərzində bütün komanda yoldaşlarımla ünsiyyət yaratmışam”. İdman.com.az saytının məlumatına görə, bu sözü Bakının “Neftçi” klubunun yeni transferi Julius Vobay deyib.

Syerra-leoneli futbolçu Çempionlar Liqası turnirinə Türkiyənin Bolu şəhərindəki hazırlıq haqda fikrini klubun rəsmi saytına açıqlayıb:

"Neftçi"də gördüyüm mehribanlıq və səmimiyyət mənim üçün çox vacibdir. Belə olan halda uğur qazanmaq da asanlaşır. Hazırlıq mərhələsində çəkdiyimiz zəhmətin bəhrəsini rəsmi oyunlarda görəcəyik. İnanıram ki, Çempionlar Liqasında uğurla çıxış edib, azarkeşlərimizi sevindirəcəyik".

Xəbər 1364 dəfə oxundu.